Haqqımızda Reklam
26 
Sen
2021
16:34
11
36
2743

Kobaxidze Saakaşvilinin Gürcüstana qayıtması ilə bağlı fikirləri şərh etdi...

"Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze, sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstana qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 24News.ge xəbər verir ki, bu barədə danışan Kobaxidze, Saakaşvilinin yenidən ölkəyə qayıtmağa cəsarətinin olmadığını bildirib. O, deyib ki, Saakaşvilinin Gürcüstana qayıtması üçün əlində hər hansı bir resurs yoxdur: "O belə bir addım atmağa cəsarət edə bilməyəcək. Buna səbəb tapmaqda da çətinlik çəkməyəcək. Birbaşa deyim ki, bu addımı atmayacaq. Çünki bunu etməyə nə ağılı nə də ki, resursu yoxdur", - deyə Kobaxidze əlavə edib. Xatırladaq ki, Mixeil Saakaşvili, son çıxışı zamanı xarici ölkələrdə yaşayan Gürcüstan vətəndaşlarını vətənə qayıtmağa səsləyərək, mübarizə əzmində olduğunu, qələbənin onlara yaxın olduğunu bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989