Haqqımızda Reklam
10 
Okt
2021
11:04
22
11
1668

"XİN"dən kəskin açıqlama: “Gürcüstan Rusiya ilə birgə “3+3” formatında iştirak məsələsini nəzərdən keçirməyəcək”

Gürcüstan Xarici İşlər Nazirliyi, Gürcüstanın regionun digər ölkələri ilə birlikdə "3+3" formatında iştirakı məsələsinə münasibət bildirib. 24News.ge xəbər verir ki, XİN Gürcüstanın Rusiya dövlətinin iştirak etdiyi hər hansı bir formata qatılmayacağını bəyan edib. Açıqlamada, XİN rəhbəri David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsində “Gürcüstan “3+3” formatında hansısa formada təmsil olunmalıdır” sözlərini deməsi barədə məlumatı təsdiqləmir: "Biz öz mövqeyimizi bir neçə dəfə bəyan etmişik. Bunu bizim tərəfdaş ölkələrimiz və qonşularımız olan Ermənsitan və Azərbaycan, strateji tərəfdaşımız olan Türkiyə, Birləşmiş Ştatlar bilirlər ki, bu formata işğalçı ölkə ilə birlikdə iştirakımız çətin olacaq. İşğalın sona çatdırılması barəsində biz heç bir perspektiv görə bilmirik və belə bir halda masaya əyləşərək hər hansı bir infrastruktur layihələri barəsində danışmağımız çox çətindir. Ancaq ictimaiyətə düşünmək üçün belə bir mövqe barəsində bildirmək istəyirik - Regionda belə bir böyük geopolitik proektlərə və əlaqələrə müəyyən formada qatılmalıyıq. Əlbəttə ki, bunu dövlətin maraqları və işğalçı qarşısında nələrisə güzəştə gedərək etməməliyik. Ölkəmizin süverenliyi və ərazi bütövlüyü bizim qırmızı çizgimizdir. Regionda cəryan edən proseslərdən kənarda qalmamğımız mütləqdir. Bu məsələdə ölkəmizin maraqlarının xələl görməməsi üçün dəqiq mövqeyə malik olmalıyıq", - deyə Xarici işlər nazirliyinin məlumatında bildirilir. Qeyd edək ki, ll Qarabağ müharibəsindən sonra, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İranın iştirakı ilə regionda "3+3" formatında əməkdaşlıq barədə yeni fikirlər irəli sürülüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989