Haqqımızda Reklam
12 
Okt
2021
14:08
31
6
1982

Adil Əliyev: "Marneuli meriyası universitetlərdə yüksək bala sahib olan tələbələrə 1000 lari mükafat verəcək"

"Marneuli meriyası universitetlərdə yüksək bala sahib olan tələbələrə mükafat verəcək". Bu barədə 24News.ge xəbər portalına Marneuli merinin gənclər üzrə müşaviri Adil Əliyev məlumat verib. Onun sözlərinə görə, Marneuli meriyası bütün fənnləri 95 və yuxarı balla bağlayan tələbələrə 1 000 lari pul mükafatı verəcək. O, bildirib ki, tələblər Gürcüstanın dövlət akkreditasiyasından keçmiş özəl və ya dövlət universitetlərinin tələbəsi olmalı, bununla yanaşı yaşayış yeri olaraq isə ən az son 1 ildə Marneuli Bələdiyyəsi qeydiyyatında olmalıdır. Merin gənclər üzrə müşaviri digər yeni layihələr barədə də məlumatlar verib. Qeyd edək ki, Adil Əliyevin daha ətraflı müsahibəsinə axşam saat 20:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxlışında baxa bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989