Haqqımızda Reklam
14 
Okt
2021
23:09
55
8
3276

Tbilisidə minlərlə insanın iştirak etdiyi genişmiqyaslı aksiya başa çatıb

Paytaxt Tbilisidə “Mişaya azadlıq” şüarı altında keçirilən genişmiqyaslı aksiya insidentsiz başa çatıb. 24News.ge xəbər verir ki, aksiya dövlət himninin oxunması ilə yekun vurulub. 4 saata yaxın davam edən aksiyada paytaxt və regionlardan on minlərlə insan iştirak edib. Sonda çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya deyib ki, Mixeil Saakaşvili azadlığa buraxılmayana qədər mübarizə dayandırılmayacaq: "Bidzina İvanişviliyə demək istəyirəm ki, biz zarafat etmirik. Həyatımız bahasına olsa da geriyə addım atmayacağıq", - deyə N. Melia bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989