Haqqımızda Reklam
15 
Okt
2021
16:39
20
5
1272

Tbilisidə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilib (VİDEO)

Bu gün 15 oktyabr tarixində paytaxt Tbilisidə “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum keçirilib. 24News.ge xəbər verir ki, forum Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutub. Forumda Azərbaycan və Gürcüstan media nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı ekspertlər, həmçinin ictimai fəallar iştirak ediblər. Tədbirdə ilk öncə qonaqlar çıxış edərək forumun əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu kimi görüşlər region üçün mühüm əhəmiyyət kəsb edir. Daha sonra forum çərçivəsində “Regionda medianın sülhə dəstəyi” mövzularında panel müzakirələr aparılıb. Qeyd edək ki, tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi və “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə, Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989