Haqqımızda Reklam
17 
Okt
2021
09:24
28
6
1252

Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək

"Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir". 24News.ge xəbər verir ki, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır. Biz buna nail olacağıq", - deyə M. Məmmədov bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989