Haqqımızda Reklam
17 
Okt
2021
10:35
39
8
4190

Saakaşvili həbs olunduğu andan danışdı: "Polislər mənə qorxu ilə yanaşırdılar, sonra isə..."

"Axtarışı xatırlaya bilmirəm. Əşyaları özüm çıxardım - polislər mənə qorxu ilə yanaşırdılar, yaxınlaşmağa belə cəsarət etmirdilər". 24News.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, TV Pirveli kanalına yazılı müsahibəsində qeyd edib. Saakaşvili deyib ki, polis əməkdaşları əvvəl ona qorxu ilə yanaşıblar daha sonra isə onunla selfi çəkdiriblər. Xatırladaq ki, eks prezident Mixeil Saakaşvili həbs olunmasına etiraz olaraq 16 gündür ki, aclıq aksiyası keçirir. Həkimlər hazırda onun 15 kq-a yaxın çəki itirməsinə baxmayaraq vəziyyətinin qənaətbəxş olduğunu bildirirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989