Haqqımızda Reklam
17 
Okt
2021
11:26
16
7
2220

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Ölkədə koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 4 581 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 494 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 662 334 nəfərə çatıb. Onlardan 612 481 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 28 nəfərin ölməsi ilə bərabər ümumilikdə 9 468 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 61, stasionar nəzarətdə 5 337 nəfər var. 984 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 5 076 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989