Haqqımızda Reklam
17 
Okt
2021
19:07
13
57
6433

Azad Kərimovdan iddia: “Polis Tbilisidə aksiyada iştirak edən azərbaycanlıları təhqir etdi”

"Vahid Milli Hərəkat"ın üzvü Azad Kərimov, aksiya zamanı polis işçisinin etnik mənsubiyyətə görə ayrıseçkilik etdiyini bildirib. Bu barədə A.Kərimov 24News.ge xəbər portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, polis əməkdaşı aksiyada olan azərbaycanlılara sizin prezidentiniz İlham Əliyevdir vətəniniz isə Azərbaycan, gedin Azərbaycanda yaşayın deyib: “Bidzina İvanişvilinin iqamətgahı qarşısında Mişaya Azadlıq aksiyası keçirdiyimiz zaman, polis işçilərindən biri bizə İlham Əliyevlə aramız yaxşıdır, siz niyə gəlibsiz dedi, mən isə cavabında İlham Əliyev Azərbaycanın prezidentidir, biz Gürcüstan vətəndaşıyıq, ona görə də Mişa üçün buradayıq dedim, bu zaman polis işçisi bizə sizin vətəniniz Azərbaycandır, gedin orada yaşayın dedi və biz ona etiraz edəndə digər polislər tərəfindən ərazidən uzaqlaşdırıldı”, - deyə A. Kərimov bildirib. Sözügedən kadırları sizə olduğu kimi təqdim edirik:

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989