Haqqımızda Reklam
24 
Nybr
2021
14:07
26
7
14364

Gürcüstana gəlmək istəyən vətəndaşların nəzərinə! - Bu öhdəlik ləğv olunur...

Gürcüstanda peyvənd olunan və quru sərhədlə ölkəyə daxil olmaq istəyən Gürcüstan vətəndaşları “PCR” test vermək öhdəliyindən azad edilir. 24News.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının operativ qərargah rəhbəri Giorgi Ğibradze, şuranın iclasından sonra keçirilən brifinq zamanı bildirib. Onun sözlərinə görə, bu qərar hava yolu ilə gələnlərə də şamil edilir. Yəni Gürcüstanda peyvənd olunan şəxslər həm quru, həm də hava yolu ilə "PCR" test sənədi təqdim etmədən ölkəyə daxil ola biləcəklər. Qeyd edək ki, qərar bu ilin dekabrın 1-dən etibarən qüvvəyə minəcək

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989