Haqqımızda Reklam
03 
Dek
2021
13:46
22
5
1961

Təhsil və Elm nazirliyində Azərbaycan dilli məktəblərdə mövcud olan bir sıra problemlər müzakirə olunub

Gürcüstanın Təhsil və Elm nazirliyində Azərbaycandilli məktəblərdə, həmçinin təhsil sahəsində illərdir yığılıb qalan bir sıra problemlər müzakirə olunub. 24News.ge xəbər verir ki, Maarif təşkilatının müraciəti əsasında baş tutan görüşdə Maarif təşkilatının və qəzetinin rəhbəri Ələddin Qarabağlı, həmçinin Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Təhsil və Elm nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kaxa Xandolişvili, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava və nazirliyin digər əməkdaşları da iştirak ediblər. Nazirlikdə baş tutan görüş zamanı, Azərbaycandilli məktəblərdə kadr çatışmamazlığı, müəllimlərin sertifikatlaşdırılması və status alması ilə bağlı yaranan çətinliklər, dərsliklərdə mövcud olan nöqsanlar, təhsil qanunvericiliyində edilən dəyişikliklərlə bağlı yeni qaydaların məktəb direktorlarına və müəllimlərə düzgün və vaxtında məlumatlandırılmasında yaranan informasiya qıtlığı müzakirə edilib. Görüş zamanı 1+4 proqramı ilə təhsil alan gənclərin universitetə qəbul imtahanlarında təkcə məntiqdən deyil, Azərbaycan dili və ədəbiyyatdan da imtahan vermələri, o cümlədən məktəblərdə gürcü dili ilə yanaşı Gürcüstan ədəbiyyatının tədrisi ilə bağlı təkliflər də edilib. Görüşdə qeyd olunan məsələlər barədə müzakirələr edilib, yaranmış problemlərin birgə həlli və çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Nazirlik nümayəndələri baş tutan görüşü müsbət qiymətləndirib, qərara alınıb ki, problemlərlə bağlı bu kimi eskpertlərin görüşləri müntəzəm olaraq davam etdirilsin.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989