Haqqımızda Reklam
03 
Dek
2021
17:42
21
6
1445

Marneuli Bələdiyyə məclisində müxalifət və iqtidar iki fraksiya yaradıb

Bu gün, 3 dekabr tarixində Marneuli Bələdiyyəsinin iclası zamanı iki fraksiya yaradılıb. 24News.ge xəbər verir ki, fraksiyalardan biri 27 nəfərlə hakim “Gürcü Arzusu” partiyasının üzvləri tərəfindən yaradılıb. Digər ikinci fraksiya isə “Vahid Milli Hərəkat” partiyasının 5 üzvü tərəfindən yaradılıb. Qeyd edək ki, “VMH”dan bələdiyyə deputatı seçilən Nərgiz Əliyeva fraksiyada birləşməkdən imtina edib. “Gürcü Arzusu” fraksiyasına sədr Besik Qelenidze, onun müavinləri isə Omar İrişov, Adil Qurbanov, Maia Qelaşvili, Vano Burnadze, Arsen Axverdyan, Ceyhun Çoydarov və Levan Akopyan olacaq. “Vahid Milli Hərəkat” fraksiyasının sədri Laşa Kveladze, onun müavini isə Ramal Əhmədov seçilib. Xatırladaq ki, bu gün, Marneuli Bələdiyyə Məclisinə sədr yenidən Amiran Qiorqadze, onun müavinləri olaraq isə Tariel Məmmədov, Riçard Qiqani və Rövşən İsgəndərov seçilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989