Haqqımızda Reklam
04 
Dek
2021
19:48
15
41
1231

Hökümət nümayəndəsi müxalifətə səsləndi: "Heç kim ölkə qanunlarından yuxarıda dayana bilməz"

"Bu insanların belə bir fikir var ki, siyasətdə olduqları üçün cinayət törətmək, məsuliyyətə cəlb olunmamaq hüquqları var və buna görə cavab verməməlidirlər. Bu barədə sual ünvanladıqda isə bunu siyasi təqib kimi qələmə verirlər". 24News.ge xəbər verir ki, bu sözləri "Gürcü Arzusu"nun üzvü Mixeil Sarcvelace, Nika Melianin bu gün DTX-ya çağırılması ilə bağlı jurnalistlərə müsahibəsində deyib. O, deyib ki, heç kim ölkə qanunlarından yuxarıda dayana bilməz: "Əgər kimsə “Milli Hərəkat”ın üzvü olduğu üçün qanunun bu şəxslərdən aşağı olduğunu düşünürsə, bu, onların seçimidir. Mən bu cür hesab etmirəm və ölkəmizin konstitusiyası da bu cür hesab etmir", - deyə Sarcvelace bildirib. Məlumat üçün qeyd edək ki, bu gün "VMH" lideri Nika Melia DTX-ya çağırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989