Haqqımızda Reklam
05 
Dek
2021
10:04
42
5
5303

Ərdoğana qarşı hazırlanan bombalı hücumun qarşısı son anda alınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdə keçirilən mitinqində polis məmurunun avtomobilinin altına qoyulan partlayıcı qurğu son anda zərərsizləşdirilib. 24News.ge "CNN Türk"ə istinadən xəbər verir ki, partlayıcı qurğu istehkamçı qruplar tərəfindən Ərdoğanın çıxışına az qalmış məhv edilib. Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb. Qeyd edək ki, Siirt ölkənin cənub-şərqində yerləşir. Türkiyə Prezidenti tərəfdarları qarşısında çıxış etmək üçün bu gün Siirtə gəlib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989