Haqqımızda Reklam
05 
Dek
2021
11:19
9
35
1846

Tbilisidə gənclər arasında baş verən insident zamanı 16 yaşlı yeniyetmə öldürülüb

Axşam saatlarında Paytaxt Tbilisinin Sanzona küçəsində ölümlə nəticələnən insident baş verib. 24News.ge yerli medialara istinadən xəbər verir ki, hadisə bir qrup gənclər arasında baş verib. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, 10-15 nəfər gənclərdən ibarət qurup arasında yaşanan mübahisə zamanı 16 yaşlı şəxs bıçaqla yaralanıb. Hadisə yerinə təcili tibbi yardım qrupu gələnədək yaxınlıqda yaşayan sakinlər yaralını klinikaya aparıblar, lakin gəncin həyatını xilas etmək mümkün olmayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı 15 və 16 yaşlı iki yeniyetmə saxlanılıb, faktla bağlı istintaq davam etidirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989