Haqqımızda Reklam
05 
Dek
2021
12:45
8
10
1363

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlanıb

Ölkədə koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 3 410 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 4 732 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 865 293 nəfərə çatıb. Onlardan 806 596 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 46 nəfərin ölməsi ilə bərabər ümumilikdə 12 344 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 36, stasionar nəzarətdə 6 458 nəfər var. 1 242 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 3 950 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989