Haqqımızda Reklam
05 
Dek
2021
14:29
31
13
1964

ABŞ-dan gözlənilməz açıqlama: "Rusiya hücuma hazırlaşır"

ABŞ kəşfiyyat xidmətinin təxminlərinə görə, Rusiya bir neçə ay ərzində Ukraynaya qarşı hərbi hücuma keçə bilər. 24News.ge xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumatlara görə, döyüş əməliyyatlarında 175 minə qədər rus hərbçisi iştirak edə bilər, onların yarısı artıq Ukrayna ilə sərhəddədir. Mövcud məlumatlara görə, yaxın vaxtlarda Rusiya Ukrayna sərhədinə daha 100 batalyon taktiki qrupu, zirehli texnika, artilleriya və digər texnikanı daşımağı planlaşdırır. Telekanalın məlumatında bildirilir ki, kəşfiyyat vəziyyəti “heyrətləndirici eskalasiya” kimi qiymətləndirir və Bayden bununla bağlı xəbərdarlıq göndərib və bunun ciddi nəticələr verəcəyini bildirib. Rəsmilərin sözlərinə görə, sərhəddə yerləşdirilən texnika cəbhə xəttində olan qüvvələrin 10 günə, digər yardımçı hissələrin isə bir ay ərzində təchizatına kifayət edəcək. Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, Rusiya yanvarın sonuna kimi genişmiqyaslı hərbi hücuma start verə bilər. O.Reznikov Rusiyanın yanvarın sonunda Ukraynaya genişmiqyaslı hücuma hazırlaşdığına dair kəşfiyyat məlumatlarının olduğunu bildirib. Nazir bildirib ki, Ukrayna vəziyyəti təhrik etmək üçün heç nə etməyəcək, lakin Rusiya Hücum əməliyyatına başlayarsa, cavab verməyə hazırdır. Xatırladaq ki, iki gün öncə "Washington Post" qəzeti məlumat yayaraq, Rusiyanın 2022-ci ilin əvvəlində 100 nəfərlik batalyonla Ukraynaya hərbi hücuma keçə biləcəyini qeyd etmişdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989