Haqqımızda Reklam
05 
Dek
2021
14:44
45
3
2788

DTX-ya çağırılan Nika Melia cavab verdi: "Məhkəmə və DTX binasına getməyəcəyəm"

"Altıncı dəfədir ki, məni dövlət çevirilişində ittiham edirlər. Bundan sonra məhkəməyə də, DTX binasına da getməyəcəm". 24News.ge xəbər verir ki, bu sözləri "VMH" lideri Nika Melia "Mtavari Arkhi" telekanalında çıxışı zamanı bildirib. Melia qeyri-zorakı etiraz aksiyalarına hazırlaşdıqlarını bir daha bildirib: "Bu məsələ dırnaqarası dövlət çevrilişi ilə bağlıdır. Birinci və ikinci turlar arasında üzərə çıxan bu məsələ ilə bağlı artıq 3 nəfəri günahsız yerə saxlayıblar. Onlar arasında sabiq polislər də var, heç bir səbəbsiz yerə Bidzina İvanişvilinin həbsxanasındadırlar. İndi yenə bunların nə düşündüyünü bilmirəm. Mən jurnalistlərə son müsahibələrimdə də demişəm və gizlətmirəm. Qeyd etmişəm ki, biz rejimin söykəndiyi dayaqları maksimum şəkildə zəiflətmək üçün qeyri-zorakı etiraz aksiyalarına hazırlaşırıq. Mən bunu gizlətməmişəm və indi də deyirəm ki, pik nöqtə üçün hazırlaşırıq. DTX-nın departamentinin hər hansı bir rəhbəri sadəcə heç bir səbəb olmadan məni DTX binasına çağırmağı vacib bilib. Bağışlayın, ancaq mən bu sifarişi həqiqətən də yerinə yetirməyəcəyəm. Son bir neçə il ərzində bir çox halda dövlət çevrilişinə cəhddən danışırlar. Kimlər dövlət çevirilişi etmək istəyiblərsə, çıxıb ictimai şəkildə bu barədə açıq danışsınlar və mənim bu idarəyə niyə çağırıldığımı bəyan etsinlər. Onlar dövlət çevrilişi barəsində məni beşinci və ya altıncı dəfə ittiham edirlər. Onlar 20 iyun məsələsini sadəcə rəfə qoyublar. İndi onlar daha bir axmaqlıq düşünüblər. Mən özümü alçaldıb məhkəmə və ya DTX binasına bu məsələ ilə bağlı getməyəcəyəm", - deyə N. Melia əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989