Haqqımızda Reklam
05 
Dek
2021
18:31
22
4
670

Mərhum yazıçı Elbəyi Cəlaloğlunun “Yasəmən ətri” kitabının Bakıda təqdimatı baş tutub

Əslən Borçalıdan olan mərhum şair-publisist, araşdırmaçı Elbəyi Cəlaloğlunun Bakıda “Yasəmən ətri” kitabının təqdimat mərasimi keçirilib. 24News.ge xəbər verir ki, mərasimdə ziyalılar, ictimai xadimlər, yazıçılar, şairlər və sənət adamları iştirak ediblər. Təqdimat mərasimində SOYDAŞ İctimai Birliyinin Məsləhət Şurasının sədri, texnika üzrə fəlsəfə doktoru Hüseyn Artıkoğlu, şair Vəli Qaraçaylı, şair Ziyadxan Budaq, tədqiqatçı alim Asif Ozan, tanınmış əməkdar jurnalist İlyas Adıgözəlli Elbəyi Cəlaloğlu barədə fikirlərini səsləndirib, xatirələrini bölüşüblər. Mərasimdə eyni zamanda Aşıq Tərmeyxan Qurbanov, aşıq Ramin Qarayev və aşıq Cahangir Quliyevin ifalarında Elbəyi Cəlaloğlunun şeirlərinə həsr olunmuş saz havaları səsləndirilib. Sonda Elbəyi Cəlaloğlunun qardaşı Bəylər Cəlaloğlu və qızı Rufanə Məmmədova çıxış edərək kitabın ərsəyə gəlməsində maddi dəstəklə yanaşı yüksək səviyyədə təşkil olunan təqdimat mərasiminə görə SOYDAŞ İctimai Birliyinin rəhbərliyinə və təqdimatda iştirak edən bütün qonaqlara təşəkkürlərini bildirdilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989