Haqqımızda Reklam
05 
Dek
2021
18:44
34
0
1087

ABŞ səfiri: "Demokratik inkişaf üçün Gürcüstanın konstitusiya islahatlarına ehtiyyacı var"

"Siyasi partiyalar artıq bir neçə dəfə konstitusiya islahatlarının önəmli olması barəsində razılaşıblar. Hazırda Gürüstanın demokratik inkişafı üçün buna ehtiyacı var". 24News.ge xəbər verir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri, Keli Deqnan deyib. Səfirin sözlərinə görə, siyasi liderlər 2020-ci ildə bu məsələ ilə bağlı razılığa gəliblər: "Siyasi partiyalar bir neçə dəfə konstitusiya islahatlarının önəmli olması barəsində, tam şəkildə proporsional sistemə keçid və seçki baryeri barəsində razılığa gəliblər. Bu proses 2018-ci ildə başlayıb və 2020-ci ilin 8 mart tarixində bu barədə razılıq əldə olunub. Müzakirələr nəticəsində onlar hazırda Gürcüstanın aşağı seçki baryerinə ehtiyac olduğu qənaətinə gəliblər. Konstitusiya dəyişikliklərinin ilk müzakirəsi göstərir ki, hazırda Gürcüstanın demokratik inkişafı üçün buna ehtiyacı var və siyasi liderlər müxtəlif vaxtlarda bu barədə razılığa gəliblər", - deyə Deqnan əlavə edib. Səfir qeyd edib ki, indiki mərhələdə əldə olunan razılığı reallaşdırmaq çox vacib məsələdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989