Haqqımızda Reklam
12 
Yan
2022
16:08
29
3
1389

Marneuli Mədəniyyət Evinin qarşısındakı parkda təmir işləri davam etdirilir (FOTO)

Marneuli Mədəniyyət Evinin qarşısındakı parkın abadlaşdırılması üçün 1 milyon lari vəsait ayrılıb. 24News.ge xəbər verir ki, bu barədə Marneuli Bələdiyyəsinin sosial media hesabında məlumat paylaşılıb. Məlumata əsasən, parkın abadlaşdırılması üçün nəzərdə tutulan vəsait Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Regionlar" proqramı çərçivəsində mərkəzi büdcədən ayırılıb. Proqram çərçivəsində, Mədəniyyət Mərkəzinin qarşısındakı park və Meriya binasının yerləşdiyi ərazidən "AtaHolding" Mərkəzinə qədər mövcud rekreativ məkan tamamilə abadlaşdırılacaq. Xarici işıqlandırma, gəzinti yolları, uşaq əyləncə guşələri, istirahət yerləri, həmçinin fəvvarə də təşkil olunacaq və yaşıl zolaq yenilənəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989