Haqqımızda Reklam
13 
Yan
2022
11:58
55
6
1409

Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatında Rəşad Orucov üçüncü yeri tutub

11-12 yanvar tarixlərində Rustavi şəhərində 23 yaşaqədər Yunan-Roma güləşi üzrə Gürcüstan çempionatı baş tutub. 24News.ge xəbər verir ki, ölkənin bir sıra şəhərlərindən qatılan idmançılar arasında Olimp İdman Məktəbinin yetirməsi Rəşad Orucov da yer alıb. Baş tutan Gürcüstan çempionatında R. Orucov III yerə çıxaraq bürünc medala layiq görülüb. Rəşad Orucov bu nəticə ilə Gürcüstan yığma komandasına vəsiqə əldə edib. Xatırladaq ki, əslən Dmanisi rayonundan olan Rəşad Orucov, bugünədək bir sıra yarışlarda yüksək nəticələr əldə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989