Haqqımızda Reklam
15 
Yan
2022
09:40
7
44
5619

Baş nazir İrakli Qaribaşvilinin deklarasiyasında olan mülkü bəlli oldu

Baş nazir İrakli Qaribaşvilinin ailəsinə məxsus 506 min lari dəyərində 3 mənzil var. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir 2021-ci ilin 30 oktyabr tarixində doldurduğu deklarasiyada qeyd edib. Qaribaşvili həmin deklarasiyada ilk bina evini 2009-cu ildə Tbilisidə 100 000 lariyə, digər iki mənzili isə 2011-ci ildə Tbilisidə birini 185 000, digərini isə 221 000 lariyə aldığını qeyd edib. Əlavə daşınmaz əmlak olaraq, həyat yoldaşının adına 2019-cu ildə Bakuriyanidə 76 500 dollar dəyərində 1530 kv.m sahəyə malik torpaq sahəsi, həmçinin öz adına isə Tbilisidə 2011-ci ildə 6 700 lari dəyərində 10 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi və 2009-cu ildə 10 000 lariyə 16 kv.m sahəyə malik avtomobil qarajı aldığını qeyd edib. Baş nazir avtomobil olaraq öz adına 2019-cu ildə istehsal olunan Audi A8 avtomobilini 2019-cu ildə 75 620 avroya, həyat yoldaşının adına isə 2018-ci ildə istehsal olunan RANGE ROVER VELAR avtomobilini 2018-ci ildə 46 000 avroya aldığını qeyd edib. Baş nazir deklarasiyanı doldurduğu dövrdə nəğd olaraq 180 000 larisi olduğunu, bunun 150 minini valideyinlərinin hədiyyə verdiyini, 30 mininin isə şəxsi qənaəti olduğunu qeyd edib. Şəxsi bank hesabında 1 813 lari, 314 dolları və 86 avrosu, həyat yoldaşının bank hesabında isə 116 705 lari və 3 984 dolları olduğunu qeyd edib. İrakli Qaribaşvili həmin deklarasiyada 01.01.2020 - 31.12.2020 tarixlərində tək gəlir mənbəyinin Müdafiə naziri olaraq aldığı maaşı olduğunu qeyd edib. Bu isə bir il ərzində ümumilikdə 60 300 lari vəsait deməkdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989