Haqqımızda Reklam
15 
Yan
2022
10:36
21
7
1493

Marneulidə mərhum yazıçı Elbəyi Cəlaloğlunun “Yasəmən ətri” romanının təqdimatı keçirilib (VİDEO)

Marneuli rayonunun Kəpənəkçi kəndində, Ustad, aşıq Kamandar Əfəndiyevin Ev Muzeyinin təşkilatçılığı və SOYDAŞ İctimai Birliyinin nəşr etdirdiyi, mərhum şair - publisist Elbəyi Cəlaloğlunun "Yasəmən ətri" kitabının təqdimat mərasimi keçirilib. 24News.ge xəbər verir ki, təqdimat mərasimində ziyalılar, ictimai xadimlər, aşıqlar, yazıçılar, şairlər və sənət adamları iştirak ediblər. Kitabın təqdimatı barədə məlumat verən Professor Mahmud Kamaloğlu, Elbəyi Cəlaloğlunun "Yasəmən ətri" romanının yeni real hadisələri əks etdirdiyini qeyd edib. Tədbirdə digər çıxış edən ictimai xadimlər kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Borçalı ədəbi mühitinin qorunub saxlanılması üçün, bu kimi addımlar yüksək qiymətləndirlməlidir. Qeyd edək ki, müəllifin ölümündən sonra nəşr olunan romanda XX əsrin Azərbaycan türk kişisi obrazı əsərin əsas qəhramanı və müəllifin mənsub olduğu tayfanın başçılarından olmuş Süleyman bəyin simasında təqdim olunur. Əsərdə mənəvi-psixoloji, siyasi, mental məsələlərlə yanaşı, sovet insanlarının düşüncə tərzi təfərrüatları ilə verilir. Məntiq, elm və inanc sisteminin sintezi əsasən dialoqlar və pritçalar vasitəsilə təsvir edilir. Bundan başqa, əsərdə II Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə gedən siyasi proseslərin şərhinə də yer ayrılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989