Haqqımızda Reklam
17 
Yan
2022
13:46
18
3
2398

Bakurianidən xüsusi fotoreportaj (FOTO)

Hazırda qış turizminin mərkəzi hesab olunan Bakuriani, turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Dekabr-yanvar ayları tam mövsüm olduğu üçün, hazırda burada xüsusilə insan sıxlığı müşahidə olunur. Bakurianidə xarici ölkələrdən və Gürcüstanın regionlarından qarın gözəlliklərinin sevincini yaşamaq istəyən insanlar buraya üz tutublar. Yaşayış məntəqəsinin bütünlüklə ağ örpəyə bürünməsi qar həsrəti yaşayan insanlarda xoş təsüratlar yaradır. Qeyd edək ki, paytaxt Tbilisidən Bakurianiyə qədər olan məsafə 180 km təşkil edir. Burada otellərin qiyməti bir nəfər üçün günlük 70-150 lari, bir nəfərin restoranda bir dəfəlik qidalanması üçün isə ortalama məbləğ 30-50 lari arasında dəyişir. 24News.ge Bakurianidən olan xüsusi fotoreportajı sizə təqdim edir:

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989