Haqqımızda Reklam
18 
Yan
2022
14:53
34
9
520

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. 24News.ge xəbər verir ki, Əliyev metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidənin üzərindəki örtüyü götürüb. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda görmə qabiliyyətini itirmiş şəxslər üçün məlumatlar Brayl əlifbası ilə də qeyd olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989