Haqqımızda Reklam
18 
Yan
2022
15:04
28
10
2269

Nazir müavini məktəblərin fəaliyyəti ilə bağlı sualları cavablandırdı...

"Xəstəliklərə Nəzarət Mərkəzi və Səhiyyə Nazirliyinin mövqeyi dəyişməz olaraq qalır. Məktəblər fəaliyyətini sinif otaqlarında davam etdirəcəklər". 24News.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabuniya, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinq zamanı məlumat verib. O, qeyd edib ki, məktəblərin kifayət qədər yüksək hazırlığı var, çünki onlar artıq pandemiya dalğasının bir neçə mərhələsindən keçiblər: "Məktəblər infeksiyaları aşkar etmək üçün lazım olan protokola uyğunlaşdırılıblar. Əksər məktəblər distant təhsili həyata keçirmək üçün çevik mexanizmdən asanlıqla istifadə edə bilərlər. Uşaqlara və valideynlərə təhsilin hansı tərzinə üstünlük verdiklərini seçmək təklif olunur. İndiki mərhələdə ölkə üzrə ümumi məktəblər sinif otaqlarında davam edəcək", - deyə T. Qabuniya bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989