Haqqımızda Reklam
18 
Yan
2022
16:52
22
8
2226

Çirkli pulların yuyulması faktı ilə 17 nəfər həbs olunub

Baş Prokurorluq xüsusilə külli miqdarda olan çirkli pulların yuyulması faktını aşkarlayıb. 24News.ge xəbər verir ki, bu barədə bu gün prokurorluqda keçirilən brifinqdə məlumat verilib. Məlumata əsasən, faktla bağlı “Kapital Bank”la əlaqəli olan 5 fiziki və 12 hüquqi şəxs barəsində cinayət işi açılıb. Prokurorluq, bank işçilərinin qanunsuz olaraq xüsusilə böyük miqdarda pul vəsaitlərini əsassız olaraq leqallaşdırdıqlarını bildirir və məhkəmənin qərarı əsasında adıçəkilən şəxslərin bank hesablarından 6 436 694 ABŞ dolları, 30 402 avro və 15 332 lari götürülüb. Eyni zamanda, təqsirləndirilən şəxslərin ailə üzvlərinə məxsus bahalı daşınmaz əmlaklar müsadirə olunub. Baş Prokurorluq cinayətkar qrupun üzvlərinin, oxşar fəaliyyətlə məşğul olan başqa fiziki və ya hüquqi şəxslərlə əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmaların davam etdirildiyini bildirir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989