Haqqımızda Reklam
18 
Yan
2022
16:59
21
8
7161

Sabah 19 yanvar tarixində Gürcüstanda qeyri-iş günüdür

Sabah, 19 yanvar tarixində Gürcüstanda qeyri-iş günüdür və bununla bağlı rəsmi və dövlət idarələri işləməyəcək. 24News.ge xəbər verir ki, 19 yanvar tarixi Gürcüstanda "Natlisğeba" (xaç suyuna çəkilmə) bayramı kimi qeyd olunur. Natlisğeba 19 yanvarda Pravoslav Kilsəsi tərəfindən qeyd olunan xristian bayramı hesab olunur. İncilə görə həmin gün Vəftizçi Yəhya İsa Məsihi İordan çayında xaç suyuna çəkib. Ona görə də xristianlar bu günü kütləvi xaç suyuna çəkilmə mərasimləri təşkil edərək bayram günü kimi qeyd edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989