Haqqımızda Reklam
13 
Avq
2019
12:57
1
1
450

Parlamentin sədri 2020-ci ildə keçiriləcək seçkilərlə bağlı koalisiya məsələsindən danışdı

"Seçkilərin nəticələrindən sonra koalisiya yaratmaq məsələsinə aydınlaşacaq". 24News.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Arcil Talakvadze jurnalistlərə müsahibəsində bildirib. "Gürcü Arzusu hansı siyasi partiya ilə koalisya qura bilər" - sualına cavab olaraq spiker deyib ki, bu seçkilərin nəticələri məlum olduqdan sonra aydın olacaq. A.Talakvadze qeyd edib ki, "Gürcü Arzusu" partiyası seçkilərdə 0%-liq bariyer tətbiq etməklə demokratik bir addım atıb. Hakimiyyəti koalisiya olmadan, seçkilərdə qalib gələn partiya tək başına da qura bilər. Qeyd edək ki, 2020-ci il seçkilərində hər hansı bir partiyanın tək başına hakimiyyəti qurması üçün Parlament kürsülərinin 51%-ni tutması lazımdır. Əks təqdirdə isə koalisiya, yəni başqa partiya və ya partiyaların köməyi olmadan mümkünsüz olaraq hakimiyyəti formalaşdıra bilməyəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989