Haqqımızda Reklam
10 
May
2022
16:16
9
37
4155

Yeni qanundan sonra sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlar nələrə diqqət etməlidir?

Praktiki sürücülük imtahanının ikinci mərhələsinin (küçə imtahanının) qiyməti 90 lari olaraq müəyyən olunub. Bu barədə 24News.ge xəbər portalına Xidmət Agentliyindən məlumat verilib. Agentliyin verdiyi məlumata əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs, qapalı meydanda imtahanı uğurla başa vurduqdan 15 gün sonra, ikinci mərhələ imtahanı üçün Agentliyin rəsmi saytında 90 lari ödəyərək yenidən qeydiyyatdan keçir və küçədə imtahan verir. İkinci mərhələdən kəsilən şəxslər imtahandan keçənədək eyni imtahanı 1 il ərazində ayda 1 dəfə, hər dəfəsində 90 lari ödəyərək yenidən verə bilər. Bununla yanaşı, ikinci mərhələ imtahanını həftədə 1 dəfə də keçmək mümkündür, lakin bu səfər ödəniş 160 lari olacaq. İmtahan zamanı isə sürücü namizəd 12 dəfə kiçik səhvlər edə bilər, lakin ciddi səhvlər etdikdə imtahandan kənarlaşdırılacaq. Aşağıda səhvlərlə bağlı əlavə məlumat əldə edə bilərsiniz. İmtahandan aşağıdakı qaydaları pozan şəxslər kəsiləcək: ■ 12 və ya daha çox kiçik səhvlər edilərsə; ■ Bir ciddi səhv olarsa; ■ Diskvalifikasiya üçün əsas olan bir və ya bir neçə hal. Kiçik səhvlər bunlardır: ● Avtomobili işə salmazdan əvvəl qapını yoxlamamaq; ● Avtomobili işə salmazdan əvvəl dayanacaq əyləcini yoxlamamaq; ● Sürücü oturacağını tənzimləməmək; ● Kəməri düzgün bağlamamaq; ● Sükanı düzgün nizama salınmaması; ● və sair. Ciddi səhvlər isə bunlardır: ● Xarici işıqların, dönmə işıqlarının, səs siqnalının, qəza işığının, şüşə silənin, su səpənin və havalandırmanın lazımsız vaxtda istifadə edilməsi və ya əksinə, lazım olduqda istifadə edilməməsi; ● Təhlükəsizlik kəməri taxılmadan avtomobil idarə etmək; ● Avtomobili sürərkən güzgüləri, oturacaqları və digər cihazları tənzimləmək (düzəltmək); Diskvalifikasiyanın səbəbləri bunlardır: ● Qəza vəziyyət yaratmaq və avtomobili vaxtında dayandırmamaq; ● İmtahan elementinin sona çatdıra bilməmək; ● İmtahan prosesinə mane törətmək; ● İmtahan elementlərinin ardıcıllığının pozulması; ● İmtahan zamanı spirtli içkinin təsiri altında olmaq; ● və başqa. Xatırladaq ki, 25 aprel 2022-ci il tarixindən etibarən “B” və “BE” kateqoriyalı sürücülük imtahanının praktiki hissəsi iki mərhələli olub. Sürücülük vəsiqəsi almaq istəyən şəxs ikinci mərhələdə əvvəlcədən təyin edilmiş küçələrdə imtahan verməli olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989