Haqqımızda Reklam
16 
May
2022
18:22
19
22
4061

Axlılələ kəndində Əhmədovlar ailəsinin 20 min lariyədək qızıl əşyaları oğurlanıb

Marneuli bələdiyyəsinin Axlılələ kəndində yaşayan Əhmədovlar ailəsinin, 20 min lariyə yaxın dəyəri olan qızıl əşyaları evdən oğurlanıb. 24News.ge xəbər portalına bu barədə zərərçəkən ailə məlumat verib. Onların sözlərinə görə, hadisə ötən gün, 15 may tarixində onlar çöldə işləyən zaman baş verib. Zərərçəkən şəxslər səhər saatlarında çiyələk toplamağa getdiklərini, günorta saatlarında isə geri qaytdıqda evdə olan qızıl əşyalarının artıq oğurlandığını bildirirlər. Onlar hadisə ilə bağlı polisə zəng vurduqlarını, evdə exkspertizanın aparıldığını, lakin ekspertizanın ilkin nəticələrində evdə heç bir iz buraxılmadığının qeyd olunduğunu bildirirlər. Zərəçəkən ailə hazırda çox çətin durumda olduqlarını bildirir və aidiyyəti qurumlardan məsələ ilə bağlı ciddi araşdırma aparmağı xahiş edirlər. Qeyd edək ki, baş verən hadisə ilə bağlı daha geniş reportaja axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasiya buraxılışında baxa bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989