Haqqımızda Reklam
18 
May
2022
08:17
20
5
790

Ukrayna tərəfdən rəsmi açıqlama: "Rusiya uzunmüddətli müharibəyə hazırlaşır"

"Rusiya tərəfi Ukrayna ilə uzunmüddətli müharibəyə hazırlaşır". 24News.ge xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlama verib. O deyib ki, müharibə uzanan fazaya keçir: "Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir. Biz görürük ki, Xerson və Zaporojye vilayətlərində onlar fəal şəkildə mühəndis-istehkam işləri aparırlar”. O, həmçinin bildirib ki, Belarus qoşunları Ukrayna ilə sərhəddə aktiv manevrlər həyata keçirir: "Biz düşməni tez bir zamanda məğlub etmək və ərazilərimizi azad etmək istəyirik. Rusiyanın münaqişəni kənara çəkməsinə imkan verməyin. Ona görə də beynəlxalq yardım və lazımi miqdarda silah almaqda çox maraqlıyıq”, - deyə Reznikov vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989