Haqqımızda Reklam
18 
May
2022
10:19
17
2
1572

Saxta 50 və 100 dollarlıq əskinaslar satan şəxs saxlanılıb (VİDEO)

Saxta pul satmaq ittihamı ilə Tbilisidə bir nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxs saxta 50 və 100 dollarlıq əskinaslar dövriyyəyə buraxıb. Xidmət, saxlanılan şəxsin Tbilisidə ümumilikdə 36 200 ABŞ dolları dəyərində saxta pulların satışını həyata keçirdiyini bildirir. Faktla bağlı, Cinayət Məcəlləsinin 212-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989