Haqqımızda Reklam
13 
Avq
2019
21:00
13
1
1227

Son günlər ölkədə baş verən yeni siyasi prosesləri gənc politoloq şərh edib

"Hər zaman seçkilər yaxınlaşdıqca siyasi arenada yeni qruplar, yeni hərəkatlar yaranmağa başlayır və Gürcüstanda isə artıq son proseslər siyasi arenada yeni nəfəsin və gözlənilən hadisələrin baş verdiyi müşahidə olunur". 24News.ge xəbər verir ki, bu sözləri gənc palitoloq Murad Muradov öz şəxsi facebook səhvəsində qeyd edib. O son günlər ölkədə siyasi arenda ikinci milyonçu şəxs hesab olunan TBC Bankın sahibi Mamuka Xazaradzenin apardığı siyasi prosesləri şərh edib, sözü gedən şərhi sizə təqdim edirik: "Ötən gün yeni bir hərəkat yaranacağını TBC Bankın sahibi Mamuka Xazaradze şəxsi facebook səvisində qeyd edib. Yeni hərəkatın adı “Layiqli Gürcüstan Üçün” olacaq. Əlbətdə ki, bu gözlənilən idi, bu barədə söz-söhbətlər var idi. M. Xazaradze siyasətə gələcəyinin təməli elə ona qarşı prokurorluğun irəli sürdüyü ittihamlardan sonra bəlli idi. Çünkü Gürcüstanın siyasi tarixində (eləcədə bütün dünyada və qlobal siyasətdə) böyük bizneslərin siyasi arenadakı rolu yüksək olub (Bunun ən real və son nümunəsi 2012-ci ildə hakimiyyətə gələn Bidzina İvanişvilidir). Ölkənin 1 nömrəli bankirinə qarşı açılmış cinayət işi onunda siyasətə qoşulucağına və bu yolla hakimiyyətə qarşı mübarizə aparacağının siqnalını vermişdi. M. Xazaradzenin facebook səhifəsində yayımladığı statusunda bir neçə əsas məqsədini, ölkədəki problemləri və prioritetlərini görmək mümkündür: ➡️ “Əsas məqsəd azadlıq uğrunda mübarizə və vətənin birliyinin təminidir”; ➡️ “Bütlərin” dağıdılması (bütlər ya dağıdırlar ya da onun qulu olurlar); ➡️ Gəncləri ön plana çəkməsi və onların bilik və bacarıqlarını, profesionallıqlarını, “kirlənmədiklərini” xüsusi vurğulaması; ➡️ Ölkədəki ağır sosial və iqtisadi vəziyyət, emiqrantların artması və onların başqa ölkələrin iqtisadiyyatlarını gücləndirmələri; ➡️ Hüquqi dövlətin təşkili; ➡️ Qərb orbitasına keçidi dönülməz etmək. M. Xazaradzenin siyasətə gəlməsinin müsbət tərəfi Gürcüstanın siyasi arenasında olan 2 qütblüyün dağılması olacaq. 2012-ci ildən bu yana heç bir siyasi partiya və ya hərəkat 3-cü qüvvə, 3-cü qütb ola bilməyib. Qütblər “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” tərəfindən iki yerə bölünüb. M. Xazaradzenin ictimai hərəkatı (buna siyasi hərəkat adıda verə bilərik, çünkü ictimayi hərəkatın seçkilərdə iştirakına formatı imkan vermir və ictimai hərəkat elə siyasi hərəkatın yaranacağının təməlidir) 3-cü qüvvə ola bilər. Bunu deməyə M. Xazaradzenin maddi imkanları və illərdir “gürcü elitasında” yer alması, ətrafının geniş olması, mesenatlığı və.s imkan verir. Bu hərəkatın nə dərəcədə davamlı, dözümlü olacağı isə komandadan, gələcəklə bağlı proqramdan və.s asılı olacaq. Əgər komandada çox rəngarənglik olsa, kənardan gələnlər çox olsa qarşı qüvvələr bu hərəkatı parçalamağa, pulla almağa çalışacaq. Hərəkat bütün təzyiqlərə davam gətirə bilsə M. Xazaradze və komandası Gürcüstanın siyasi arenasında 3-cü qütb ola biləcəklər. M. Xazaradzenin dünənki bəyanatından sonra ölkənin siyasi arenasında müəyyən suallar yaranıb. Bunlar: M. Xazaradzenin hərəkatı kiminlə koalisiya qura bilər? Hakimiyyətə müxalif olduğu aşkar bilinən M. Xazaradzenin siyasətə gəlməsindən sonra hakim partiya gələcək seçkilərdən sonra hakimiyyətin tərkibini komplektləşdirmək üçün kimlərlə koalisiya yarada bilər? Hakimi partiyanın satelitləri kimlər olacaq? Regionunda reytinqi olan hansı majoritarlar hakim partiyanın sateliti olacaq partiya yaradacaklar? Bu sualların bəzilərinə cavab olaraq öz fərziyyələrimi nəzərnizə çatdırmaq istəyirəm. 1. M. Xazaradzenin hərəkatı kiminlə koalisiya qura bilər? M. Xazaradze bəyənatında əsas məqsədlərdən biri kimi “Qərb orbitasına keçidi dönülməz etmək” olduğunu vurğulayır. Bu baxımdan onun orientasiyasına ən yaxın olan və gələcək parlament seçkilərində kifayət qədər səs yığa biləcək iki partiya var. Bunlar “VMH” və “Avropalı Gürcüstan” partiyalarıdı. Hakim “Gürcü Arzusuna” müxalif olması isə bu ikilinin koalisiya yaradacağı mümkünsüzdür. Parlamentə daxil ola biləcək və hakim partiyaya aşkar müxalif olan qərb yönümlü digər partiyalar isə böyük gücə malik deyillər və bu baxımdan M. Xazaradzenin hərəkatının bu partiyalarla koalisiya yaradıb hakimiyyəti dəyişə biləcəkləri mümkünsüzdür. Əsas tərafdaş olaraq “VMH” və “Avropalı Gürcüstan” partiyalarıdır ki, bu üçlünün birləşməsi parlament çoxluğu yarada bilər. Digər, kiçik, qərb yönümlü partiyalar isə bu üçlünün daxilində birləşə bilərlər. 2. Hakimiyyətə müxalif olduğu aşkar bilinən M. Xazaradzenin siyasətə gəlməsindən sonra hakim partiya gələcək seçkilərdən sonra hakimiyyətin tərkibini komplektləşdirmək üçün kimlərlə koalisiya yarada bilər? Bu suala bir mənalı cavab vermək çətindir. Çünkü, seçkilərə qədər, elə seçkilər ərəfəsindədə yarana biləcək koalisiyanın açıqlanması hakimiyyət yönümlü həmin partiyanın əlehinə işləyəcək və partiya parlamentə girmə imkanını itirəcək. Rus yönümlü “Vətənpərvərlər Aliansı” ilə yarana biləcək hər hansı koalisiyanın isə hakim partiya tərəfindən açıqlanması ələ onların özlərinin əlehinə işləyəcək. Çünkü gürcü cəmiyyətinin böyük əksəriyyəti üçün rus yönümlü bir partiya ilə koalisiya yaratmaq yol verilməzdir və hakim partiya bununla öz “ölüm əmrini” imzalamış olar. 3. Hakimi partiyanın satelitləri kimlər olacaq? Hakim partiya ilə koalisia yarada biləcək partiyalar əsasə partiya liderinə loyalıqları ilə seçilən, elə hakim partiyadan ayrılmış siyasətçilər və hal hazırki deputatlardan ibarət ola bilər. Bunlardan başqa milliyətçi çıxışları ilə bilinən və seçilən, digər millət və din nümayəndələrinə qarşı yürüyüşlər, aksiyalar təşkil edən şəxslər tərəfindən yaradıla biləcək partiyalarıda qeyd etmək olar. Çünkü bu tip şəxslər və qruplar əsasən hakim partiyaya və onun liderinə loyallıq nümaiş etdirirlər. Bu kimi partiya və qruplar gələcək seçkilərdə hakim partiyanın sateliti olaraq görə bilərik. M. Xazaradzenin niyyətinin nə qədər ciddi olub olmadığını isə zaman göstərəcək. Bütün bunlar, təməlinin özünün qoyduğu bankından çıxmağa məcbur olan, “Anakli Portu” layihəsinin gələcəyinin müəmmalı olması, haqqında cinayət işi açılan, ölkəni tərk etmə qadağası qoyulan bir biznesmenin hakimiyyətə qarşı olan incikliyidir, yoxsa məqsədinin bütün bunlara qarşı gəlmək, tek özünün deyil, ümumiyyətcə bütün haqsızlıq və qanunsuzluqlara qarşı mübarizə aparmaq, hakimiyyəti dəyişmək, demokratiq, qerb yönümlü, hüquqi dövlət qurmaqdır ya yox, hər birimiz bərabər şahidi olacağıq" - deyə Murad Muradov qeyd edib. Həmçinin gənc politoloq bundan sonra ölkədə gedən siyasi proseslərlə bağlı bu kimi şərhləri davamlı şəkildə edəcəyini bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989