Haqqımızda Reklam
18 
May
2022
12:44
12
4
291

Müdafiə Qüvvələrinin komandanı NATO-nun Hərbi Komitəsinin sədri ilə regiondakı geosiyasi vəziyyəti müzakirə edib

Belçika Krallığında səfərdə olan Müdafiə Qüvvələrinin komandanı General-mayor Giorgi Matiaşvili, NATO-nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer ilə ikitərəfli görüş keçirib. 24News.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Brüsseldə keçirilən görüşdə regiondakı təhlükəsizlik mühiti, Rusiyanın Qara dəniz regionunda Ukraynaya qarşı başlatdığı genişmiqyaslı təcavüz və digər məsələlər olub. Tərəflər Ukrayna xalqının suverenliyi və ərazi bütövlüyü ilə həmrəy olduqlarını bildiriblər və Rusiyanın hərəkətlərini pisləyiblər. Görüş zamanı həmçinin, General-mayor Giorgi Matiaşvili və admiral Rob Bauer NATO-Gürcüstan hərbi əməkdaşlığı məsələlərini nəzərdən keçirib, prioritetləri və gələcək perspektivləri müzakirə ediblər. General-mayor Giorgi Matiaşvili verdiyi dəstəyə görə NATO Hərbi Komitəsinin sədrinə təşəkkür edib və mövcud təhdid və çağırışlar fonunda Alyansla əməkdaşlığın gücləndirilməsinin və uyğunluğun artırılmasının vacibliyini vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989