Haqqımızda Reklam
18 
May
2022
13:11
22
4
2971

Qaçağan kəndində intihar edən şəxsin yaxınları hadisədə polisi günahlandırır - Polis isə...

Marneuli Bələdiyyəsinin Qaçağan kəndində, 16 may tarixində orta yaşlı şəxs intihar edib. Bu barədə 24News.ge xəbər portalına sözügedən kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, 45 yaşlı intihar edən R. Bayramovun yaxınları, hadisədə polisi günahlandırır. Onlar iddia edirlər ki, kənddə baş verən oğurluq hadisəsi ilə bağlı polis bölməsinə aparılan R. Bayramov ifadə verdikdən sonra evə gəlib və anasına polis bölməsində ona qarşı fiziki zorakılıq tətbiq edildiyini bildirib. Yaxınlarının iddialarına görə, hadisədən bir müddət sonra onu evin zirzəmisində asılı halda aşkar ediblər. Mərhumun yaxınları hadisə ilə bağlı şikayət ərizəsi verdiklərini və bununla bağlı araşdırma aparıldığını bildiriblər. Qeyd edək ki, ittihamlarla, həmçinin mövcud faktla bağlı istintaq işlərinin hansı maddə ilə başladıldığı barədə Kvemo Kartli Polis İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, lakin xəbər portalımıza hər-hansı məlumat verilməyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989