Haqqımızda Reklam
14 
Avq
2019
22:03
18
0
1102

Azərbaycan qoşunları Qazaxda döyüş mövqelərini irəli çəkərək önəmli yerlərə nəzarəti ələ keçirdi

Azərbaycan-Ermənistan dövlət sərhədində son zamanlar Ermənistan Ordusunun atəşkəsi pozmasına cavab olaraq Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ciddi tədbirlər həyata keçirilib. 24News.ge Modern.az saytına istinadən xəbər verir ki, ermənilərin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı Azərbaycan ordusu tərəfindən önləyici tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri ermənilər tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək, sərhəd döyüş məntəqələrini bir sira istiqamətləridə daha irəli çəkməyə nail olublar. Azərbaycan Sərhədçiləri tərəfindən tutulmuş yeni mövqelərdən Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub. Eləcə də erməni tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989