Haqqımızda Reklam
28 
Iyn
2022
09:02
12
31
1194

Rusiya Ukraynanın iki şəhərini atəşə tutub, ölən və yaralananlar var (FOTO)

Rusiya hərbçiləri Ukraynanın Xarkov və Kremençuk şəhərlərini atəşə tutub. Bu barədə “24News.ge” Ukrayna mətbuatına istinadən xəbər verir. Məlumata görə, Xarkovun atəşə tutulması nəticəsində 4 nəfər ölüb, daha 19 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var. Rusiya hərbçilərinin həmçinin Kremençuk şəhərində mindən çox insanın olduğu ticarət mərkəzinə raket zərbəsi nəticəsində azı 16 nəfər həlak olub, daha 62 nəfər yaralanıb. Hücum yanğınla nəticələnib. Yanğının sahəsi 10 min 300 kvadratmetrdir. Onun söndürülməsinə 115 yanğınsöndürən və 20 texnika cəlb olunub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989