Haqqımızda Reklam
28 
Iyn
2022
11:35
27
7
856

AŞPA-nın bir qrup deputatı Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı bəyannaməyə imza atıblar

AŞPA-nın bir qrup deputatı sabiq prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı bəyannaməyə imza atıblar. 24News.ge xəbər verir ki, sözügedən bəyannaməni sabiq prezidentin həyat yoldaşı, Liza Yasko sosial media hesabı vasitəsilə paylaşıb. Bəyannamənin mətnində deyili: "Mixail Saakaşvilinin tibbi yardıma ehtiyacı var! Biz ötən ildən etibarən həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhətindən narahatıq. Bir neçə müstəqil həkim Saakaşvilini həbsxanada müayinə etdikdən sonra onun bir sıra xəstəliklərdən, o cümlədən qidalanma pozğunluğundan və ağır nevroloji xəstəlik olan Wernicke ensefalopatiyasından əziyyət çəkdiyini deyir. Biz Gürcüstanın xalq müdafiəçisinin və Ukrayna Ombudsmanının tövsiyələrinin yerinə yetirilməməsindən də narahatıq. Onun stress faktorlarından azad olması üçün təcili olaraq müasir klinikaya aparılmalıdır. Bu addım atılmadığı təqdirdə demans, onun bir çox orqanında çatışmazlıq yarana və ölümlə nəticələnə bilər. Amnesty International hüquq müdafiə təşkilatı da Saakaşvilinin səhhəti ilə bağlı narahatlıqlarını bölüşür. Biz Gürcüstan hökumətini Mixeil Saakaşvilinin səhhətinin sabitləşməsi üçün əlindən gələni etməyə çağırırıq. Bundan əlavə, bu cür hallarla bağlı təcrübəsi olan Avropanın hər hansı bir ixtisaslaşmış klinikasında müalicə alması tövsiyyə edilir. Bununla belə, biz Gürcüstan demokratiyasının sabitliyindən də narahatıq və cəmiyyətdə onsuz da dərin olan çatların daha da dərinləşməsindən qorxuruq. Gürcüstanın təcili olaraq siyasi barışıq prosesinə ehtiyacı var. Saakaşvilinin həbsdə olduğu müddət ərzində onun vəziyyəti pisləşərsə və ya həyatını itirərsə, bu qeyd edilən proses üçün zərərli olacaq", - deyə bəyanatda bildirilir. Məlumata əsasən, sözügedən bəyanata Avropa Şurasının Parlament Asambleyasının müxtəlif ölkələri təmsil edən 20 üzvü imza atıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989