Haqqımızda Reklam
28 
Iyn
2022
15:21
9
24
1641

Parlament sədri hökumətin istefası ilə bağlı irəli sürülən şərtlərə münasibət bildirib

"Müxalifətin texniki hökumət tələb etməsi demokratiyadan, demokratik prosedurlardan yan keçərək, hakimiyyəti ələ keçirmək istəyindən başqa bir şey deyil". 24News.ge xəbər verir ki, bu sözləri parlamentin sədri Şalva Papuaşvili, jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, demokratiya seçki yolu ilə idarə edilir və seçkilərdə seçicilərin, xalqın qərar verdiyinə hamı əməl etməlidir: “Bu siyasi qruplar və təşkilatlar “Gürcü Arzusu”nun hakimiyyətdə olmasını istəmirlər, lakin demokratiya belə işləmir. Demokratiya seçki yolu ilə işləyir və seçkilərdə seçicilərin, xalqın qərar verdiyinə hamı əməl etməlidir, bu istər siyasi partiya, istər qeyri-hökumət təşkilatı, istər media, istərsə də fəal olsun. Demokratiya 2020-ci il parlament seçkilərində gürcü xalqının verdiyi qərardır və buna hər kəs hörmət etməlidir. Müxalifətin texniki hökumət tələb etməsi demokratiyadan yan keçməklə hakimiyyəti ələ keçirmək deməkdir və təbii ki, başqa vaxtlarda da bunu əldə edə bilmədikləri kimi, indi də nail ola bilməyəcəklər. Ölkəmizdə heç kim demokratiyadan yan keçə bilməz”, - deyə Papuaşvili bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan parlamenti qarşısında “Evə - Avropaya” mitinqində baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması tələb olunub və bunun üçün hökumətə bir həftə vaxt verilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989