Haqqımızda Reklam
16 
Avq
2022
10:41
22
16
985

Zelenski: “Dünya Zaporojye AES-i qorumasa, uduzacaq”

Dünya Zaporojye Atom Elektrik Stansiyasını (AES) qorumasa, uduzacaq. 24News.ge “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib. “Ölkələr uzun müddətdir, dünyada radiasiya təhlükəsizliyinə nail olmaq üçün çalışırlar. Əgər indi Zaporojye AES Rusiya işğalçılarından qorunmasa, dünya mübarizədə uduzacaq. Dünya onilliklərdir, nüvə materialları və radiasiya təhlükəsizliyi ilə bağlı bütün hərəkətlərə lazımi nəzarət üçün mübarizə aparır. Və əgər indi dünyanın bir nüvə stansiyasını qorumaq üçün gücü və qətiyyəti yoxdursa, bu, dünyanın məğlub olması deməkdir. Bu itkinin qarşısını almaq şansı var". O qeyd edib ki, Zaporojye AES-də hər hansı radiasiya bir çox ölkələr üçün zərbə ola bilər. Çünki potensial təhlükəli zonalar yalnız küləyin istiqamətindən və gücündən asılıdır: "Rusiyaya, “Rosatom” dövlət korporasiyasına və bu ölkənin bütün nüvə sənayesinə qarşı yeni sərt sanksiyaların tətbiqi ilə bağlı müzakirələrdən və çağırışlardan keçməyin vaxtı çatıb. Rusiyanın bütün qoşunları stansiyanın ərazisini və qonşu rayonları dərhal - heç bir şərt olmadan tərk etməlidir", - deyə Zelenski bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989