Haqqımızda Reklam
28 
Sen
2022
19:05
50
8
619

Zurabişvili Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini pisləyib

Ölkə Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb. 24News.ge xəbər verir ki, S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. "Mən Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu Gürcüstanın İşğal Altındakı Ərazilər Qanununun, bizim ikitərəfli əlaqələrimizin prinsiplərinin və beynəlxalq hüququn qəbuledilməz pozuntusudur ", - deyə Prezident qeyd edib. Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya gəlib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989