Haqqımızda Reklam
28 
Sen
2022
20:28
40
6
1232

Kaladze: "Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı tərəfimizdən cavab veriləcək"

“Gürcü Arzusu”nun baş katibi, paytaxtın meri Kaxa Kaladze Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya gəlişinə münasibət bildirib. 24News.ge xəbər verir ki, o, bu faktı “narahatedici” adlandırıb. Kaladzenin jurnalistlərə verdiyi məlumata görə, Lukaşenkonun səfəri siyasi baxımdan düzgün olmayan addımdır: “Lukaşenkonun Abxaziyaya səfəri narahatedici və ağır faktdır. Qeyri-dost və siyasi cəhətdən düzgün olmayan addım olmaqla yanaşı, işğal qanununu da pozub və nəticədə tərəfimizdən cavab veriləcək. Bildiyimə görə, səfir artıq çağırılıb”, - deyə Kaxa Kaladze bildirib . Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya gəlib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989