Haqqımızda Reklam
29 
Sen
2022
09:42
37
8
1342

Rəfi Orucov: "Candar kəndində şagirdlər məktəbsiz və təhsilsiz qalıb"

İctimai fəal, "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəfi Orucov, Qardabani Bələdiyyəsinin Candar kənd ictimai məktəbinin təmir prosesinin gecikdirlməsini qeyd edib. O, bildirib ki, sözügedən məktəblə bağlı elan edilmiş tender başa çatsa da, lakin təhsil ocağı hələ də istifadəyə verilməyib. 24News.ge xəbər verir ki, R. Orucov bu barədə özünün sosial media hesabında qeyd edib. Onun sözlərinə görə, tədris ili başlayandan sözügedən məsələ ilə bağlı rəsmi şəkildə aidiyyatı quruma müraciət edilsə də, lakin cavab ala bilməyiblər: "Təhsil problemləri bizim ən yaralı yerimizdir. Tədris ili başlayandan məlum olur ki, bununla bağlı ələxüsus da azərbaycandilli məktəblərdə ciddi boşluqlar və yalnış qərarlar var. Ölkədə onlarla təmirə etiyacı olan məktəblər var, hətta qəza vəziyyətində olan təhsil binaları var ki, övladlarımızın həyatı riskdədir. Elə məktəblər də var ki, illərdir bağlı qalıb, şagirdlər də təhsilsiz. Onlardan biri də Qardabani, Candar kənd məktəbidir. Qeyd edim ki, Candar kənd məkətəbinin təmir edilməsi barəsində uzun müddətdir ki, külli miqdar dəyərində tender elan edilib. Sözügedən tenderdə qalib gələn şirkət məktəbin təmirini 9 ay içərisində tamamlamalı olsa da, lakin işlər bu günədək bitirilməyib. Məktəbdə təhsil alan şagirdlərin təhsil almaları üçün heç bir şərait yaradılmayıb. maddi İmkanı və nəqliyyatı olmayan sakinlərin övladları nə etməlidir, qonşu kəndə gedə bilmədikləri üçün onlar təhsilsiz qalırlar. Valideynlər, ziyalılar, pedaqoji kollektiv, kənd sakinləri isə dəfələrlə bu məsələ ilə bağlı müraciətlər etsələr də bir nəticə əldə etməyiblər. Bu problemlə bağlı Qardabani saqrebulosunun üzvü, Vahid Milli Hərəkat partiyasının fraksasının sədr müavini Anar Muradov tərəfindən rəsmi müraciət edilsə də, uzun zamandır ki, cavab ala bilmirik. (qeyd edim ki, müraciətlərə rəsmi cavablar 10 iş günü ərzində verilməlidir). Görünür müqəddəs təhsil ocağımızdan da kirli amacları üçün istifadəyə əl ataraq övladlarımızın gələcəyi ilə oynamaqdan yorulmadı bu hakimiyyət! Qeyd olunan problem ciddi şəkildə nəzarətimizdədir. Əlimizdən gələni edəcəyik ki, Candarın övladları tezliklə məktəbə dönsün təhsil alsınlar", - deyə R. Orucov qeyd edib. Xatırladaq ki, 5 sentyabr tarixində Qaradabani Bələdiyyəsinin Candar kənd sakinləri tədris prosesinin sinif otaqlarında keçirilməsi tələbi ilə aksiya keçirmişdilər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989