Haqqımızda Reklam
29 
Sen
2022
10:45
7
59
4487

Xarkovda azərbaycanlı ailənin meyitləri tapılıb

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb. 24News.ge xarici KİV-lərə istinadən xəbər verir ki, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb. Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar. Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub. Məlumat üçün bildirək ki, hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989