Haqqımızda Reklam
29 
Sen
2022
12:41
41
5
533

Baş nazir Lukaşenkonun Abxaziyaya səfərinin beynəlxalq hüquqa zidd olduğunu bildirib

Baş nazir İrakli Qaribaşvili Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə səfərini pisləyib. 24News.ge xəbər verir ki, bu barədə baş nazir şəxsi "Twitter" hesabında qeyd edib. O bildirib ki, bu addım beynəlxalq hüquqa ziddir: “Mən Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə "səfər" etməsini və onun oradakı Rusiya işğalçı rejimi ilə görüşlərini qətiyyətlə pisləyirəm. Bu addım Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunu pozur və beynəlxalq hüquqa, eləcə də ölkələrimiz arasında ikitərəfli münasibətlərə ziddir”, - deyə Qaribaşvili qeyd edib. Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz səfər edib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Picvintalı bağ evində görüşüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989