Haqqımızda Reklam
08 
Dek
2022
22:04
22
16
1260

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - Attestasiya prosesi davam edir

Gürcüstanın Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə dövlət məktəblərinin direktoru vəzifəsinə namizədlərin attestasiyası prosesi davam edir. 24News.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyi məlumat yayıb. Məlumata əsasən, attestasiyadan keçmək üçün namizədlərin qeydiyyatı 2022-ci il dekabrın 16-dək davam edəcək. Namizədlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://directors.mes.gov.ge Qeyd edək ki, direktor işləmək üçün sertifikat almaq istəyən namizədlərin attestasiyası iki mərhələdən ibarətdir - test və müsahibə yolu ilə. Ali təhsilli və ən azı 3 il iş təcrübəsi olan Gürcüstan vətəndaşlarının sertifikatlaşdırma prosesində iştirak etmək imkanı var. 2020-ci ildə elan edilmiş direktor vəzifəsinə namizədlərin seçim müsabiqəsi çərçivəsində artıq qeydiyyatdan keçmiş şəxslərin yenidən qeydiyyata ehtiyacı yoxdur. Namizədlər üçün imtahan proqramı və test nümunələri https://directors.mes.gov.ge  internet saytında dərc edilib. Namizədlər üçün həmçinin https://el.ge saytında vebinar şəklində müxtəlif mövzularda məsləhət almaq şəraiti də yaradılıb. Bundan əlavə, sertifikatlaşdırma ilə maraqlanan şəxslər suallarını [email protected] ünvanına göndərə bilərlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989