Haqqımızda Reklam
09 
Dek
2022
15:51
51
2
2269

Telavidə yerli əhali yolu bağlayaraq SES-in tikintisinə icazə vermir

Telavi bələdiyyəsinin Lafanğuri kəndinin sakinləri kəndin girişində yolu bağlayarq su elektrik stansiyası tikmək istəyən “Artana Lopota” şirkətinin nümayəndələrini vadiyə daxil olmağa imkan vermirlər. 24News.ge xəbər verir ki, yerli əhali indiyədək ərazidə geoloji və arxeoloji tədqiqatların aparılmadığını və bu səbəbdən də şirkətə SES-in tikintisinə başlamağa icazə vermədiklərini bildirirlər. Kənd sakinlərinin sözlərinə görə, SES-in tikintisi nəticəsində Lopota çayı bir neçə kilometr millərlə əhatə olunacaq, bu isə ekoloji problemlər yaradacaq. Bundan əlavə, sakinlər ərazidə içməli və suvarma suyu ehtiyyatlarının məhdudlaşacağından ehtiyyat edirlər. Şirkət qeyd edir ki, onların dövlətdən müvafiq icazəsi var və yaxın vaxtlarda SES-in tikintisinə başlayacaqlar. Onların fikrincə, əhalinin etirazı əsassızdır və SES-in tikintisi ətraf mühitə təsir etməyəcək. Qeyd edək ki, Lafanğuri kəndindən bir neçə kilometr aralıdakı vadidə 5,9 meqavat gücündə “Artana Lopota” elektrik stansiyasının tikintisi planlaşdırılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989