Haqqımızda Reklam
24 
Avq
2019
13:56
12
9
1628

“Bütün nazirlər sistemin başında duran Bidzina İvanişviliyə bağlıdır” – İmamquliyev

Yerli mətbuatda yayılan bəzi xəbərlərə görə önümüzdəki aylarda mövcud hökümətdə kadr dəyişikliyinin baş verəcəyi gözlənilir. Sözü gedən mövzu ilə bağlı 24News.ge xəbər portalına “Avropalı Gürcüstan” partiyasının Marneuli nümayəndəsi və Marneuli bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyev açıqlama veərərək bildirib ki, mövcud hakimiyyətdə istənilən kadr dəyişikləri baş versədə, bu heç bir şeyi dəyişən deyil. Ə.İmamquliyev onuda qeyd edib ki, bütün nazirlər mövcud sistemin başında duran Bidzina İvanişviliyə bağlıdı habelə Giorgi Qaxaria və ya Baş nazir Mamuka Baxtadze hamsı İvnişvilinin kuklasıdır. “Nazirlərin yerlərini dəyişməklə sistem heç vaxt dəyişmir. Bütün nazirlər isə sistemin başında duran B.İvanişvili tərəfindən idarə olunan kuklalardır. Hesab edirəm ki, hökümət dəyişsədə heç bir dəyişiklik olmayacaq. Gürcüstanın bir tək çıxış yolu hakim “Gürcü Arzusu” partiyasının hakimiyyətdən getməsidir nazirlərin yerlərinin dəyişirilməsi yox”. – deyə Ə.İmamquliyev bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989